Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Deputatdan “Binə” və “Sədərək”in rəhbərliyinə sərt ittiham: “Feodal qaydaları yaradıblar”

Deputatdan “Binə” və “Sədərək”in rəhbərliyinə sərt ittiham: “Feodal qaydaları yaradıblar”

“”Binə” və “Sədərək” ticarət mərkəzlərində 7-8 min mağaza var. Bu, təxminən 30 minə yaxın vətəndaşı, işçini əhatə edir”.
Azinforum.az xəbər verir ki, bunu Milli Məclisin mayın 30-da keçirilən iclasında Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, bütün mağazaların mülkiyyəti mağazanın sahiblərinə deyil, məhz ticarət müəssisəsinin sahibinə malikdir: “Bu ona bənzəyir ki, bina tikilib verilir sakinə, sonra bina sahibi deyir ki, bu binada icarəçi kimi yaşamalısan. Bu mağazaların mülkiyyət hüququ qadına məxsusdur. Həmin mağazalar 80 min manatdan 200-250 min manata kimi vətəndaşlara satılıb. Lakin bu əməliyyat qeyri-rəsmi aparıldığı üçün bu məbləğdə pul ödəyən sahibkarlar mülkiyyət sahibi ola bilməyiblər. Yalnız icarə hüquqi əsasında orada fəaliyyət göstərməyə malikdirlər. Bu, feodal qaydaları ilə vətəndaşın mülkiyyət hüququnun pozulmasının bir nümunəsidir”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …