Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / “Daily Mail”: Rusiya komandası Olimpiya Oyunlarından çıxarıldı

“Daily Mail”: Rusiya komandası Olimpiya Oyunlarından çıxarıldı

Dopinqlə bağlı ciddi nöqsanlara görə 387 idmançıdan ibarət Rusiya yığması tam heyətlə Rio-de-Janeyro Olimpiadasından kənarlaşdırılıb.

Bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyanın həyata keçirdiyi “dövlət dopinq proqramı”na görə ölkə yığmasının bütün heyətini cəzalandırmağa qərar verib. “BOK bununla dopinqin bütün idmana ağır zərbə olduğunu nümayiş etdirmək istəyir”, – deyə mənbə bildirib.

Onu da qeyd edək ki, BOK İcraiyyə Komitəsi bu gün İsveçrənin Lozanna şəhərində baş tutacaq iclasında Rusiya millisinin 5-21 avqustda keçiriləcək Rio-2016 Olimpiya Oyunlarında iştirakına dair rəsmi qərar verəcək. Virtualaz.org

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın