Çərşənbə , May 8 2024
Ana səhifə / İqtisadiyyat / Daha bir ölkə Qətərə arxa çevirdi

Daha bir ölkə Qətərə arxa çevirdi

Afrika ölkəsi olan Çad da diplomatik böhran fonunda Qətərdəki səfirini geri çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Reuters ölkənin xarici işlər nazirliyinə istinadən məlumat yayıb. Çad böhranın həlli üçün bu məsələdə maraqlı olan bütün ölkələri dialoqa, həminin Qətəri öz məsuliyyətlərinə əməl etməyə və region ölkələrinin birliyinə, dünyadakı sülhə təhdid yaradacaq gedişlərə son qoymağa çağırıb.

Qeyd edək ki, iyunun 5-də Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv və Mavriki respublikası Qətərlə bütün diplomatik əlaqələrinə son qoyduqlarını elan etmişdilər.

Daha sonra onların cərgəsində Mavritaniya və Komor adaları qoşulmuşdu, İordaniya və Seneqal isə səfirini geri çağırmışdı.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …

Bir cavab yazın