Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həmsədrlərin regiona səfəri ilə bağlı açıqlama verib.
O bu barədə həftəlik brifinqdə deyib. “Həmsdərlərin regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin aktual problemləri, həmçinin aprelin 28-də Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvadakı görüşündə toxunulan mövzulardan danışılacaq”.
Zaxarova səfərin yekununda müvafiq bəyannamənin veriləcəyini də əlavə edib.