Ana səhifə / İqtisadiyyat / Bəşər Əsədə məxsus hərbi hava qüvvələri Hələbi bombalayıb: – 24 ölü

Bəşər Əsədə məxsus hərbi hava qüvvələri Hələbi bombalayıb: – 24 ölü

Bəşər Əsəd rejiminə məxsus Hərbi Hava Qüvvələrinin Suriyanın Hələb şəhərinə endirdiyi aviasiya zərbələri nəticəsində 24 nəfər ölüb.
“Report”un məlumatına görə, bu barədə “Anadolu” agentliyinə Hələbin Mülki müdafiə qüvvələrinin nümayəndəsi Nəcib Ənsari xəbər verib. Onun sözlərinə görə, hava zərbələri nəticəsində daha 73 nəfər yaralanıb.
O, qeyd edib ki, Əsədin aviasiyası Məşhəd, Sukkeri, Ətarib rayonlarını bombalayıb.
Mülki müdafiə qüvvələrinin üzvləri dağılmış binaların altındakı meyitləri və yaralıları çıxarmağa çalışır.
Bombardmanlara məruz qalan rayonların səhra hospitallarında dərman çatışmazlığı hiss olunur.

Həmçinin oxuyun

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis …

Bir cavab yazın