Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Bu meyvə və tərəvəzlərin qiyməti artdı – SİYAHI

Bu meyvə və tərəvəzlərin qiyməti artdı – SİYAHI

2021-ci ilin aprel ayında meyvə və tərəvəzlərin topdansatış dəyərlərindəki aylıq və illik qiymət dəyişiklikləri açıqlanıb.

Bu barədə Aqrar Tədqiqatlar Mərkəzi hesabat yayıb.

Hesabata əsasən, ilin aprel ayında meyvələrdən armudun (“Krasavitsa”, “Meşə gözəli” sortları), limonun, tərəvəzlərdən kələmin, balqabağın və pomidorun topdansatış qiyməti əvvəlki aya (mart) nisbətən artıb.

Aylıq müqayisədə meyvələrdən çiyələyin (“yerli”), tərəvəzlərdən gül kələminin, xiyarın, sarımsağın dəyəri aşağı düşüb.

Məhsulların 2021-ci ilin aprel ayındakı topdansatış qiymətini ötən ilin müvafiq ayı ilə müqayisə etdikdə tərəvəzlərdən kartofun (“Təzə”), pomidorun (“Bakı”), yerkökünün və lobyanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub.

İllik müqayisədə meyvələrdən alma (“Simerenko”, “Palmet”), armud, üzüm, limon və alçanın dəyəri azalıb. Tərəvəzlərdən xiyarın, çuğundurun, kələmin, gül kələminin, balqabağın, soğanın və pomidorun (“Şəmkir”) dəyəri azalıb. Digər kənd təsərrüfatı məhsullarının qiyməti isə sabit qalıb.

Bu meyvə və tərəvəzlərin qiyməti artdı -  SİYAHI
Bu meyvə və tərəvəzlərin qiyməti artdı -  SİYAHI

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …