Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Bakıda metro stansiyalarının sayı 26-ya çatdı

Bakıda metro stansiyalarının sayı 26-ya çatdı

“8 Noyabr” stansiyasının açılışı ilə Bakı Metropoliteninin stansiyalarının sayı 26-ya, istismarda olan tunellərin uzunluğu isə 40 km-ə çatır.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, “Bənövşəyi xətt”in “8 Noyabr” stansiyası başlanğıcını Xocasən qəsəbəsindən götürüb, Qaraçuxur qəsəbəsinə qədər uzanacaq 12 stansiyadan və 18,5 km tuneldən ibarət xəttin 3-cü stansiyasıdır.

“Ümumilikdə 17 eskalator və 3 liftdən ibarət olan stansiya 3 səviyyəlidir və fiziki məhdudiyyətli şəxslərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb”.

Həmçinin oxuyun

Azərbaycanda bank borcunu ödəyə bilməyən qazini məhkəməyə verdi

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib. Valyuta.az xəbər verir ki, bank …