Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / BTC ilə 2 milyon ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub

BTC ilə 2 milyon ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub

Bu ilin yanvar-may aylarında magistral neft kəmərləri ilə 16 milyon 261,3 min ton neft nəql edilib.
Nəqletmənin 76,5 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 12 milyon 434,6 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 84,3 faizini və ya 10 milyon 486,1 min tonunu Azərbaycanda hasil edilən neft, 15,7 faizini və ya 1 milyon 948,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Magistral qaz kəmərləri ilə 17 milyard 896,7 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artım müşahidə olunub. Qazın nəqlinin 51,6 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 9 milyard 229,3 milyon kub-metr qaz ötürülüb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …