Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Bakıda fantastik qiymətə satılan mənzillər – Video

Bakıda fantastik qiymətə satılan mənzillər – Video

Bakıda dəyəri milyonlarla ölçülən mənzillər satılır. Onların yerləşdiyi binaların əksəriyyəti şəhərin mərkəzində olduğundan qiymətlərin baha olması da buna əsaslanır. Bu mənzillərə tələbat az olsa da sayları günü-gündən artır.

Nərimanov rayonunda, 7 otaqlı, sahəsi 365 kvadratmetr olan mənzil 6 milyon 205 000 manata satılır.

Nəsimi rayonunda yerləşən dörd otaqlı mənzil isə 5,2 milyon manata satılır. Mənzilin ümumi sahəsi 220 kvadratmetrdir.

Xətai rayonunda da bahalı mənzilə rast gəlmək mümkündür. Məsələn, 4,8 milyon manata olan 20 otaqlı bu mənzil binanın birinci mərtəbəsində yerləşir və 1000 kvadratmetr sahəyə malikdir.

“28 May” stansiyası yaxınlığında isə 3,5 milyon manata altı otaqlı mənzil satılır. “Gənclik” metrostansiyası yaxınlığında yeni tikilidə yeddi otaqlı evin dəyəri isə 3,4 milyon manatdır.

Əmlak eksperti Ramil Osmanlı mənzillərin qiymətlərinin bu qədər baha olmasının səbəblərini belə izah edir.

Həmçinin alqı-satqı zamanı mükiyyətçinin mənzilin üzərinə qoyduğu mənfəət marjası da hesablanır ki, bu da əmlakın qiymətinin atmasına gətirib çıxarır.

Qeyd edək ki, milyonluq mənzillərin açıq bazarda satışı 2016-cı ildən vüsət alıb. Çünki məhz bu tarixdə vergi məcəlləsinə olunan dəyişikliklər mənzilin dəyərinə görə yox, sahəsinə görə hesablanmağına imkan yaradıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …