Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Bəzi peşə sahibləri işsiz qalacaqlar: xəbərdarlıq

Bəzi peşə sahibləri işsiz qalacaqlar: xəbərdarlıq

“Bloomberg” agentliyi tərəfindən aparılan araşdırmaların nəticələrinə görə, gələcəkdə avtomatlaşdırma səbəbindən bəzi peşələr ixtisara düşəcək. Dəyişikliklərin əsasən xidmət sahələrinə aid olacağı ehtimal edilir. Araşdırmalara əsasən, alış-veriş, nəşriyyat, sığorta sahələrinin işçiləri, həmçinin süpürgəçi və masa qulluqçuları, eləcə də manikür və pedikürlə məşğul olan, kimyəvi təmizləmə və camaşırxanalarda çalışan az gəlirli peşə sahibləri gələcəkdə robotlarla daha çox əvəz oluna bilər.

Elmi dərəcələri olan mütəxəssislərin, o cümlədən fiziklər, mühəndislər və müxtəlif ixtisaslı həkimlərin robotlarla əvəzlənməsi ehtimalı daha azdır.

Oksford Universitetinin alimlərinin hesablamalarına görə, ABŞ-da iş yerlərinin təxminən yarısı ixtisara düşə bilər. İngiltərə Bankının proqnozlarına əsasən, avtomatlaşdırma nəticəsində Böyük Britaniyada 15 milyon iş yeri ləğv oluna bilər.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın