Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycana xarici investisiyaların 93 %-i 11 ölkədən cəlb edilib

Azərbaycana xarici investisiyaların 93 %-i 11 ölkədən cəlb edilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 595,6 milyon manat vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır.

Bu ilin ilk 7 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 422,6 milyon manatı (93,3 %-i) Birləşmiş Krallıq, İsveçrə, ABŞ, Türkiyə, Yaponiya, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …