Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın tədiyyə balansında kəsir yaranıb

Azərbaycanın tədiyyə balansında kəsir yaranıb

Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 343,5 milyon ABŞ dolları təşkil edib. Halbuki, ötən ilin eyni dövründə tədiyyə balasında 2 019,3 milyon dollarlıq qalıq yaranmışdı.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 646,3 milyon dollarlıq qalıq (illik müqayisədə 59,7% az), maliyyə hesabındakı 1 394,1 milyon dollarlıq kəsir (6,5 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 595,7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub) hesabına formalaşıb. 

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …