Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar 40% azalıb

Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar 40% azalıb

Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası bildirir ki, 2018-ci ilinyanvar-dekabr ayları ərzində işçilərin dələduzluğu sığortası üzrə sığorta şirkətlərinin yığımları 626,9 min manat təşkil edib. Bu, yanvar-noyabr ayları ilə müqayisədə 8 min manat və ya 1,29% çoxdur.

Ötən il ilə müqayisə etsək, ölkədə bu sığorta sinifi üzrə daxilolmalar 421,1 min manat və ya 40,18% azalıb.

2018-ci ilin yanvar-dekabr aylarında işçilərin dələduzluğu sığortası üzrə ödəniş aparılmayıb. Qeyd edək ki, 2017-ci ildə eyni sığorta sinfi üzrə ödənişlər 1,719 mln. manat olub. Cebhe.info

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …