Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda çörək bahalaşacaq? – ŞƏRH

Azərbaycanda çörək bahalaşacaq? – ŞƏRH

Rusiyada çörəyin bahalaşması gözlənilir.

Bu proqnozla Rusiya Qənnadçılar və Çörəkçilər Gildiyası çıxış edib.

Ehtimala görə, il ərzində ümumi bahalaşmanın 6 faizə qədər yüksəlmə ehtimalı var.

Azərbaycan yüksək keyfiyyətli taxılın və buğdanın müəyyən hissəsini Rusiyada alır. Şimal qonşularmızdakı qiymət artım ölkəmizə də təsir edəcəkmi?

Məsələ ilə bağlı iqtisadçı-alim Fuad Abbasov Cebhe.info-ya açıqlamasında Rusiyadakı taxılın qiymətində olacaq dəyişikliyin Azərbaycana təsir etməyəcəyini bildirib:

“Taxıl məhsulları ilə bağlı bizim əsas partnyorumuz Qazaxıstandır. Bu istiqamətdə ticarət ənənəmizi davam etdiririk. Buna baxmayaraq, bizə həm Rusiyadan, həm də Ukraynadan idxal var. Hazırda ehtimallar üzərindən nəsə söyləmək düzgün olmaz. Taxılın əmtəələr üzərə qiyməti birjalarda formalaşır. Dünya birjalarında bu məhsulun qiymətində müəyyən qədər artım olub. İndi bununla bağlı proqnozlar verilməsi nə dərəcədə düzgündür, deməyə çətinlik çəkirəm. Azərbaycanda taxılın qiymətinin qalxması dünya birjalarındakı əmtəə dəyərindən asılıdır. Qeyd edim ki, Azərbaycan ehtiyatlarının stabilliyi baxımından MDB ölkləri arasında liderlərdən biridir. Bu baxımdan qeyd etmək olar ki, Rusiyadakı qiymət artımı ölkəmizə təsir etməyəcək. Taxılın qiymətinin artması beynəlxalq birjalardakı dəyişiklikdən asılıdır”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …