Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda avtomobil idxalı 2 dəfədən çox artıb – RƏSMİ

Azərbaycanda avtomobil idxalı 2 dəfədən çox artıb – RƏSMİ

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan 11 695 nəqliyyat vasitəsi idxal edib.

Trend-in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Hesabata əsasən, ölkəyə idxal olunmuş nəqliyyat vasitələrindən 10 614-ü minik avtomobilləri və motorlu nəqliyyat vasitələridir. Bu göstərici də bir il ərzində 2,2 dəfə artıb.

Hesabat dövründə ölkəyə 974 yük avtomobili (2 dəfə artım), 53 avtobus və 10 və daha çox sərnişin tutumuna malik digər motorlu nəqliyyat vasitələri (2,3 dəfə artım) və 54 xüsusi təyinatlı nəqliyyat vasitəsi (2,2 dəfə artım) idxal olunub.

Bütün növ nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalının ümumi həcmi 354,9 milyon manat təşkil edib. Bu göstərici Azərbaycanın idxal etdiyi bütün məhsullar arasında 7,8 faiz paya malikdir.

Qeyd edək ki, 2018-ci ildə ölkəyə 28 876 nəqliyyat vasitəsi idxal olunmuşdu.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …