Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 466 daşınmaz əmlak obyekti alıblar ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 134 ədəd çoxdur.
Trend-in məlumatına görə, təkcə 2019-cu ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 daşınmaz əmlak obyekti alıblar. Bu da 2018-ci ilin may ayına nisbətən 15 ədəd çoxdur.
Obyektlərin daha çox satıldığı yerlərə gəlincə, yanvar-may ayları ərzində İstanbulda 15,8 min, Ankarada 8,2 min, Antaliyada 5 min əmlak satılıb. Qalan 53.2 min obyekt isə Türkiyənin digər şəhərlərinin payına düşür.
Qeyd edək, 2019-cu ilin may ayında Türkiyədə 3,9 min əmlak satılıb, bu da 2018-ci ilin eyni dövrünə nisbətən 62,5 faiz çoxdur.
2019-cu ilin may ayında Türkiyədə əmlak alan digər xaricilərə gəlincə, İraq vətəndaşları 594, İran vətəndaşları 509, Rusiya vətəndaşları isə 285 ədəd daşınmaz əmlak alıblar.

Həmçinin oxuyun

Ölkəyə gətirilən avtomobillərin orta gömrük dəyəri 30 faiz artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 247 milyon 612,6 min dollar dəyərində 13 min 299 ədəd …