Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Ayı onu yemləmək istəyən sərxoş kişinin sağ qolunu parçaladı – VİDEO

Ayı onu yemləmək istəyən sərxoş kişinin sağ qolunu parçaladı – VİDEO

Nəhəng ayı onu yemləmək istəyən sərxoş kişinin sağ qolunu parçalayıb.
Kafelərdən birində saxlanılan üç ayı kafedəki qonağın marağına səbəb olub. Onlara yaxınlaşan sərxoş müştəri təhlükəsizlik qaydalarına riayət etməyərək ayıları yemləmək üçün qolunu qəfəsdən içəri salıb. Bu zaman nəhən ayı onun sağ qolundan yapışaraq parçalamağa başlayıb. Yaxındakıların köməkliyi ilə 42 yaşlı şəxsi nəhəng ayının hücumundan xilas etmək mümkün olub.
Hadisə Rusiyanın Şelexovski rayonunda baş verib.
Dərhal əraziyə həkim briqadası çağırılıb. Sərxoş  şəxs xəstəxanaya yerləşdirilib və sağ qolunun amputasiya edildiyi bildirilir. Hadisə anı kafeyə yerləşdirilmiş təhlükəsizlik kameralarına düşüb. Moderator.az Rusiya mediasına istinadən həmin anın videosunu təqdim edir.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın