Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / AMB: “Azərbaycanın qeyri-neft ixracı 10%-ə yaxın artıb”

AMB: “Azərbaycanın qeyri-neft ixracı 10%-ə yaxın artıb”

2018-ci ildə Azərbaycanın dünyanın 185-dək dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 12%-i MDB üzvü olan dövlətlərin, 88%-i isə digər xarici dövlətlərin payına düşüb.

ONA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, xarici dövlətlərə 17,2 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, ixrac olunmuş neft məhsullarının 620,5 mln.dolları neft emalı məhsullarının, 16,6 mlrd. dollarıı isə xam neftin ixracının payına düşüb.

2018-ci ildə qeyri-neft ixracı əvvəlki ilə nisbətən 9,8% artaraq 1,6 mlrd. dollar təşkil edib. Hesabat ilində əmtəə idxalı 2017-ci illə müqayisədə 21,2% artaraq 11 mlrd. dollar təşkil edib. Əmtəə ixracı isə 20,8 mlrd. dollar (37,2% artım) olub.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …