Cümə axşamı , May 2 2024
Ana səhifə / İqtisadiyyat / Almaniya sərhədləri bağladı, Şengeni dayandırdı

Almaniya sərhədləri bağladı, Şengeni dayandırdı

Almaniya ötən bazar günü özünün Avstriya ilə sərhədini bağlayıb. Ölkəyə Avstriaydan gələn qatarlar dayandırılıb.

Berlin bildirir ki, artıq qaçqın axınının öhdəsindən gələ bilmir. Beləliklə, Almaniya Avropadan sərbəst gediş-gəlişi təmin edən Şengen viza rejimini indilik dayandırıb.

Daxili işlər naziri Tomas de Maytser deyib ki, qaçqınların qəbulu, qeydiyyatı və yerləşdirilməsi sistemi belə bir axının öhdəsindən gələ bilməz.

“Qaçqınlar yaşamaq istədikləri ölkəni özləri seçə bilməzlər təəssüf ki…” – deyib nazir.

O bildirib ki, qaçqınlar hər bir Avropa ölkəsinin ölçü və imkanlarına görə bölüşdürüləcək.

Çexiya da Avstriya ilə sərhəddə nəzarəti gücləndirdiyini bildirir.

Müşahidəçilər deyirlər ki, bu hadisələr ötən həftəsonu Münhendə dəmir yolu vağzalında qaçqınların təntənəli qəbuluna bir sıra ölkədaxili qüvvələrin sərt reaksiyası ilə bağlıdır.

“Der Spiegel” yazır ki, kansler Merkel “Almaniya bütün suriyalıları qəbul edəcək” deyərkən, real axının belə nəhəng olacağını təsəvvürünə gətirməyib.

Həmçinin oxuyun

Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Hava …

Bir cavab yazın