Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / “Akkord” batır: öhdəliklər 675 milyon manata, borc 345 min manata çatıb

“Akkord” batır: öhdəliklər 675 milyon manata, borc 345 min manata çatıb

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 856,937 mln. manat təşkil edib.

Qaynarinfo şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 28,1% azdır.

2017-ci ildə “Akkord”un cəmi öhdəlikləri 1,6% artaraq 675,676 mln. manata çatıb, cəmi kapitalı isə 65,6% azalaraq 181,262 mln. manata düşüb.

Ötən il şirətin satışdan gəlirləri 12,788 mln. manat (əvvəlki ilə nisbətən 16,4% çox), satışının maya dəyəri 8,44 mln. manat (8,3% az), satış xərcləri 25 min manat (87% az), ümumi və inzibati xərcləri 1,529 mln. manat (79,2% az), digər xərcləri 3 min manat (86,6 dəfə az), maliyyə xərcləri 842 min manat (42,7 dəfə az), məzənnə fərqindən zərəri 12,3 mln. manat (əvvəlki il gəlir olub) təşkil edib.

Son nəticədə “Akkord” 2017-ci ili 345 min manat xalis zərərlə başa vurub. Halbuki şirkət 2016-cı ildə 6,317 mln. manat mənfəətlə çıxmışdı.

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …