Ana səhifə / İqtisadiyyat / Aİ qışı rekord qaz ehtiyatları ilə başa vurub

Aİ qışı rekord qaz ehtiyatları ilə başa vurub

Avropa İttifaqı qışı yeraltı anbarlarda rekord qaz həcmləri göstəriciləri ilə başa vurub.

“APA-Economics”in məlumatına görə, bu barədə “Gas Infrastructure Europe” Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.

Məlumata görə, martın əvvəlinə görə anbarların doluluq səviyyəsi 60%-dən çox olub, bu da illik müqayisədə iki dəfə çoxdur.

Belə ki, martın 1-nə Aİ-də qaz anbarlarının doluluq səviyyəsi 60,64% təşkil edib və anbarlarda olan qazın həcmi 66,1 mlrd. kubmetr olub.

Həmçinin oxuyun

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis …