PKK terror təşkilatının Suriyadakı qanadı PYD-yə silah yardımı edən ABŞ terrorçuları kəşfiyyat məlumatları ilə də təmin edir.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ABŞ peykdən əldə edilən məlumatları PYD-yə çatdırır və silahlı qarşıdurmaları istədikləri kimi idarə edirlər.
Terrorçular peyk məlumatlarını almaqla yanaşı, ABŞ-dan göndərilən xüsusi məsləhətçilərdən məlumatlar alırlar.
Qeyd edək ki, Türkiyə PYD-ni terror təşkilatı kimi tanıyır və NATO üzrə müttəfiqi olan ABŞ-dan PYD-yə edilən silah yardımlarının dayandırılmasını istəyib. Lakin Ankaranın istəkləri nəticəsiz qalıb.