Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / İqtisadiyyat / ABŞ-Koreya savaşı baş verərsə, nə olar?

ABŞ-Koreya savaşı baş verərsə, nə olar?

Son zamanlar ABŞ-Şimali Koreya arasında da gərginlik özünün kulminasiya nöqtəsinə çatıb. Belə ki, bir neçə gün öncə ABŞ-ın Sakit okeanındakı bir hərbi gəmisi rotasını dəyişərək, Şimali Koreya sahillərinə yönəlib.
Rəsmi Pyonqyanq ABŞ-ın təhdidlərinə elə təhdidlə də cavab verib. Şimali Koreyanın ümummilli lideri Kim İl-Sungun 105-ci ad günü münasibətilə paytaxtda keçirilən rəsmi paradda əsgərlərə səslənən ordu generalı Çoe bildirib: “ABŞ-ın təxribatlarına biz dərhal dağıdıcı hücumla cavab verəcəyik. Total döyüşə cavabımız total döyüş, nüvə müharibəsinə cavabımız isə nüvə müharibəsi olacaq”.
Şimali Koreyanın hərbi gərginlik əsnasında vuracağı ilk yerlərin başında Yaponiya və Cənubi Koreya gəldiyindən, hər iki dövlət müharibə ehtimalını ağıllarının ucuna belə gətirmək istəmir, tərəfləri sakitləşdirməyə çalışırlar. Elə bu faktın özü də savaş ehtimalının istisna olmadığını göstərir.
Bəs, ABŞ-Şimali Koreya müharibəsi baş verərsə, nə ola bilər?
Oqvat.com xəbər verir ki, ABŞ-ın hərbi jurnalı “National Interest” (NI) son sayında bu ehtimalı araşdıran məqalə dərc edib. Məqalə müəllifi Dennis Halpin yazısına Şimali Koreyanın nüvə gücünün analiziylə başlayıb. O, Cənubi Koreya qaynaqlarına istinadən bildirib ki, Pyonqyanqın əlində hazırda 20-yə yaxın nüvə başlıqlı raket var. Bundan başqa, 5 min tonluq kimyəvi silaha sahib olan ölkə bu gücündən qısa və ortamənzilli raketlərlə ABŞ-ın Cənubi Koreya, Yaponiya və Quam adasındakı hərbi bazalarına qarşı istifadə edə bilər.
Yazarın fikrincə, Şimali Koreya top sistemləri mənzilində yerləşən Cənubi Koreyanın 10 milyon əhalisi olan paytaxt Seulunu vurmaq potensialına malikdir.
Halpin möhtəməl döyüşün insani tərəfiylə yanaşı, iqtisadi yükünə də aydınlıq gətirib. Onun yazdığına görə, müharibə baş verərsə, ABŞ-dakı mağazaların Şərq Asiya məhsulları ilə dolu olan vitrinləri sürətlə boşalar, milli təhlükəsizliyini əsas gətirən Çinin proseslərdə qoşulması və Şimali Koreyanın yanında yer alması dünya bazarı üçün həqiqətən dağıdıcı olar:
“Bölgədə çıxa biləcək döyüşün potensial itkinlərinin yanında Cənubi Koreyanın infrastrukturunun tamamilə məhv olmasına, dünya ticarətindəki tarazlığın pozulmasına, bazarlarda qlobal böhrana yol aça bilər”.
Məqalədə ötən əsrin ortalarında yaşanan Koreya müharibəsi barədə də yazılıb. Yazıda qeyd olunur:
Keçmişdə yaşanan Koreya müharibəsində 50 min Amerika əsgəri həyatını itirdi. Ümumilkdə həmin müharibə ABŞ-a 20 milyard dollara başa gəldi. Koreyalılardan ölənlərin sayı isə 2 milyon civarında idi.

Həmçinin oxuyun

Nazir tender “kralı” ilə 4.3 milyonluq müqavilə bağladı – Təmir üçün

Mədəniyyət Nazirliyi  “İnpeks.N” MMC ilə “cari təmir işləri” və “əsaslı təmir işləri”nin həyata keçirilməsi üçün …

Bir cavab yazın