Cümə , Dekabr 4 2020
Ana səhifə / İqtisadiyyat / ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı tənqidi hesabat yaydı

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı tənqidi hesabat yaydı

ABŞ Dövlət Departamenti “2015-ci ildə Azərbaycanda insan hüquqlarının vəziyyəti”nə dair geniş hesabatını açıqlayıb.

Modern.az Amerika Dövlət Departamentin saytına istinadən xəbər verir ki, sənəddə Azərbaycan hüquq və azadlıqlar məsələsində tənqid edilib.

Bununla yanaşı, Dağlıq Qarabağ və ona bitişik rayonlarda Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi bildirilib.

Hesabatda vurğulanıb ki, separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağ və digər 7 rayon üzərində nəzarəti davam etdirir.

“Azərbaycan-Ermənistan sərhədi boyunca təmas xəttində zorakılıq hallarının artması müşahidə olunub. Bütün il boyu aparılan hərbi əməliyyatlar zamanı dinc əhalin arasında qurbanların olması bunu təsdiqləyir”,-deyə bildirilib.

Qeyd edilib ki, Azərbaycanda qadınlara qarşı zorakılığın, insan alverinin artması ilə bağlı məlumatlar yayılıb.

 

Həmçinin oxuyun

Məcburi köçünlərin torpaq bölgüsü bu cür aparılacaq

44 günlük II Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və ölkəmizin ərazi bütövlüyü təmin …

Bir cavab yazın