Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / 37 il əvvəl “Paxtakor” komandası təyyarə qəzasında məhv olmuşdu

37 il əvvəl “Paxtakor” komandası təyyarə qəzasında məhv olmuşdu

Bu səhər dünya futbol aləmi dəhşətli bir qəzaya şahidlik etdi. Kolumbiyanın Antokiya əyaləti ərazisində baş verən təyyarə qəzasında Braziliyanın “Şapekoense” futbol komandasının oyunçuları və 9 ekipaj üzvü də daxil olmaqla, 80 nəfər öldü.

Düz 37 il əvvəl isə SSRİ də başqa bir dəhşətli faciədən xəbər tutmuşdu. SSRİ çempionatının güclülər dəstəsində çıxış edən Daşkəndin “Paxtakor” komandası iki təyyarənin toqquşması nəticəsində məhv olmuşdu. Bu qəza həm də SSRİ tarixinin ən böyük təyyarə qəzası sayılırdı…

1979-cu il avqustun 11-i SSRİ çempionatının güclülər dəstəsində çıxış edən Özbəkistanın “Paxtakor” klubunun futbolçuları Belarusa yola düşürdülər. Minskin “Dinamo” klubu ilə oyuna yollanan komanda bundan bir tur əvvəl Daşkənddə “Zarya”nı qəbul etmişdilər. Doğma meydanda 3:1 hesabı ilə qalib gələn daşkəndlilər Belarusa da qələbə dalınca gedirdilər. Amma komanda “Dinamo” ilə oyuna çıxa bilmədi. Futbolçuları Minskə aparan təyyarə Ukraynda, Dneprodzerjinsk səmasında Voronej-Kişinyov reysi ilə hərəkət edən təyyarə ilə toqquşdu. İki dispetçerin kobud səhvi ucbatından…

Bir gün sonra bütün dünyanın qəzet manşetlərində göyərtəsində 178 sərnişin daşıyan “Tu-134” təyyarəsinin qəza xəbəri yer aldı. Xəbərdə həlak olanların 17-nin “Paxtakor” futbol klubunun üzvləri olduğu qeyd edilirdi.

Komandadan sağ qalan komandanın baş məşqçisi Oleq Bazileviç idi. O da təsadüf nəticəsində. Çünki “Zarya” ilə qarşılaşmadan sonra Soçiyə, ailəsinə baş çəkməyə yollandığndan, təyyarədə olmamışdı.

SSRİ Futbol Federasiyası düz beş il “Paxtakor”u fəxri çempion elan edir. Bir mövsüm sonra 18-ci yeri tutsa da, güclülər dəstəsində çıxışı üçün güzəştlər edilir.

Həlak olan futbolçuların şəkillərindən hazırlanan albomlar SSRİ-nin hər yerində əl-əl gəzir. Küçə və məktəblərə onların adları verilir.

Qəzaya bais olan dispetçerlər Nikolay Jukovski və Vladimir Sumskoy 15 il müddətinə azadlıqdan məhrum edilirlər.

Dəhşətli qəzada həlak olan bu insanların adları isə əbədiləşdirilir.

İqday Tazetdinov (məşqçi)

Mansur Talibcanov (komandanın meneceri)

Futbolçular:

Mixael An

Vladimir Fyodorov

Alim Aşırov

Ravil Aqışev

Konstantin Bakanov

Yuri Zaqumenniy

Aleksandr Korçionov

Nikolay Kulikov

Vladimir Makarov

Sergey Pokatılov

Viktor Çurkin

Siroyiddin Bazarov

Şuhrat İşbutayev

Vladimir Sabirov

Vladimir Çumakov

ec8488b01b340700e7585a640e5ceb484a8ca1bc8bdaf06615ad0dc917ee8ba14edd36ce5ea4024213bf76d6c504ef4c8b0db5b8caf69e1bbce09bfebda7f263b41e045647275ad32288c429233b72f6

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın