Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / 3 ay ərzində 10 mindən çox FETO və PKK mənsublu terrorçular həbs edilib

3 ay ərzində 10 mindən çox FETO və PKK mənsublu terrorçular həbs edilib

Türkiyədə terrorra qarşı əməliyyatlar davam edir.

Diyarbəkirdə keçirilən əməliyyat zamanı PKK terror təşkilatına böyük zərbə vurulub. Əməliyyatda 7 mindən çox hərbçi, 5 mindən çox polis əməkdaşı, 17 hərbi helikopter və zirehli avtomobil iştirak edib. Əməliyyat 18 kənd və qəsəbə daxilində aparılıb.

Keçirilən əməliyyat zamanı terrorçuların gizləndiyi zirzəmi aşkar edilib. Əməliyyat çərçivəsində bir neçə qəsəbədə PKK-ya məxsus obyektlər dağıdılıb. Keçirilən əməliyyata müdaxilə etmək istəyən terrorçulara qarşı tədbirlər görülüb. Polisin “təslim ol” əmrinə tabe olmayaraq onlara atəş açan terrorçuların 19-zu məhv edilib.

Keçirilən əməliyyat zamanı çoxlu sayda partlayıcı maddə, avtomat, tapança, bomba, minaatan, gecəgörmə cihazları və s. müsadirə olunaraq götürülüb.

Qeyd edək ki, Türkiyədə ötən ilin dekabr ayından başlayaraq terrora qarşı əməliyyatların keçirilməsi intensivləşib. Türkiyə Təhlükəsizlik və Asayiş Şöbəsi, Terrorla Mübarizə İdarəsi və polis tərəfindən 3 ay ərzində keçirilən əməliyyatlar zamanı 10 mindən çox FETO və PKK mənsublu terrorçular həbs edilib. Minlərlə terrorçu isə ədalətə təslim olmadığı və silahlı mübarizə apardığı üçün öldürülüb.(Ölke.az)

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın