Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / 2018-ci ildə Azərbaycanın kapital bazarında dövriyyə təxminən iki dəfə artıb – AFBİA

2018-ci ildə Azərbaycanın kapital bazarında dövriyyə təxminən iki dəfə artıb – AFBİA

Azərbaycanın kapital bazarında dövriyyə 2018-ci ildə ötən ilə nisbətən təxminən iki dəfə artıb.

Bunu Trend-ə “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” (AFBIA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov bildirib.

İdarə Heyəti sədrinin sözlərinə görə, ümumilikdə Azərbaycanın kapital bazarında, xüsusilə istiqraz bazarında artım var, həmçinin ikinci səhm bazarında, istiqrazların ilkin yerləşdirmə bazarında, REPO əməliyyatlarında və CFD-lərdə inkişaf müşahidə olunur.

C.İbrahimov deyib: “Buna baxmayaraq, bizim əsas məqsədimiz korporativ qiymətli kağızlar bazarında aktivliyin artırılması və bu sahədə fiziki şəxslərin iştirakının təmin edilməsidir. Bu nöqteyi-nəzərdən, biz yerli kapital bazarının potensialının daha böyük olduğunu düşünürük və bu potensialın səmərəli istifadəsi üçün gələn il əhalinin maliyyə savadlılığının artırılması üçün tədbirlərin artırılmasına ehtiyac var”.

Assosiasiyanın rəhbəri qeyd edib ki, ümumilikdə Azərbaycanın kapital bazarının 2018-ci ildə inkişafı qənaətbəxş hesab edilə bilər.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …