Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Əmanətlərin sığortalanmasının müddəti artırılır

Əmanətlərin sığortalanmasının müddəti artırılır

Azərbaycanda əmanətlərin sığortalanmasının müddəti artırılır.

Qeyri-rəsmi olaraq bank rəhbərlərinə bu barədə məlumat verilib. Bildirilir ki, əmanətlərin sığortalanması müddəti cari ilin dekabrın 4-nə kimi uzadılır. Bu müddət 9 ayı əhatə edir.

Xatırladaq ki, əmanətlərin sığortalanması müddəti bu gün başa çatıb. Ekspertlər müddətin uzadılmasının zəruri olması barədə açıqlama verirdilər. Ancaq bu məsələ qanunla tənzimlənir.

Bildiyimiz kimi, VI çağırış Milli Məclis hələ ki öz işinə başlamayıb. Ancaq əhali əmanətləriylə bağlı narahat olduğundan bir sıra banklar müddətin uzadılmasına qərar veriblər. /Qafqazinfo

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …