Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Əhali ticarət mərkəzlərinə getməkdən qorxur? – VİDEO

Əhali ticarət mərkəzlərinə getməkdən qorxur? – VİDEO

Koronavirus epidemiyası ilə bağlı vəziyyət böyük ticarət mərkəzlərinin bazarına necə təsir edir? 

Baku TV xəbər verir ki, bir qisim insanlar böyük alış-veriş mərkəzlərinə getməkdən çəkinirlər.

Amma həyatına hər zamankı kimi davam edənlər də var. 

Virusa yoluxmaq riskini azaltmaq üçün mütəxəssislər insanların sıx olduğu məkanlardan uzaq durmağı tövsiyə edirlər.

Ölkənin ən böyük ticarət mərkəzlərində vəziyyət necədir? 

Bu məsələlərlə bağlı ticarət mərkəzləri ilə əlaqə saxladıq.

Bildirilib ki, mütəmadi olaraq gecə saatlarında təmizlik işləri aparıldıqdan sonra xüsusi dərman məhlullarından istifadə olunmaqla ticarət mərkəzi dezinfeksiya olunur. 

Dezinfeksiya zamanı Səhiyyə Nazirliyinin gigiyenik sertifikatı verilmiş dərman vasitəsindən istifadə olunur ki, bu dərmanın insan səhhəti üçün zərəri yoxdur.

Digər ticarət mərkəzindən də qeyd edilib ki, hazırda alış-veriş mərkəzinə gündəlik gələn insan sayında azalma müşahidə olunmur:

“Hər gün ticarət mərkəzinin ərazisində təhlükəsizlik tədbirləri görülür. Gün ərzində ticarət mərkəzinə 60 min insan gəlir, ona görə də burada gündəlik təmizlik işlərinin aparılmasına xüsusi diqqət yetirilir”. 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …