Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / İqtisadiyyat / Ərdoğandan ŞOK müharibə anonsu: atəşkəs ləğv olunur

Ərdoğandan ŞOK müharibə anonsu: atəşkəs ləğv olunur

“Biz demokratik mərhələ prosesini başladıq. Bu, hökumətin səmimi niyyəti idi. Vaxt keçdikcə bunu milli birlik və qardaşlıq layihəsi səviyyəsinə qaldırdıq. Lakin “həll müddəti” prosesinin başlandığı vaxtlardakı vəziyyət dəyişib”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Onun sözlərinə görə, bələdiyyə seçkilərində “həll müddəti” prosesindən sui-istifadə hallarına yol verildi: “Parlament seçkilərində bunun böyük zərər gördüyünün şahidi olduq. Artıq indi ortada fakt var. Bu ölkədə milli birliyimizə, qardaşlığımıza qəsd edənlərlə “həll müddəti” prosesini davam etdirmək artıq mümkün deyil. Əsas olan milli birlikdir”.
Ərdoğan ABŞ ilə Türkiyənin Suriyada “təhlükəsiz zona” yaratması haqda yayılan məlumatlara da toxunub: “Obama ilə telefon danışığında “təhlükəsiz zona” yaradılması haqda məsələləri ətraflı müzakirə etdik. Bu zona Türkiyədə olan suriyalıların öz ölkələrinə dönməsinə şərait yaradacaq”.
Türkiyə Prezidenti MHP başqanı Dövlət Baxçalının HDP-nin bağlanması təklifinə münasibət bildirib.
“Mən hansısa partiyanın bağlanmasını müsbət qarşılamıram. Lakin bu partiyanın idarəçiləri bir-bir cavab verməlidir. Konstitusiyanın 14-cü maddəsi çox şeyləri təmin edir. Toxunulmazlıq statusundan sui-istifadə edən, terror təşkilatını özünə arxa bilən, “biz arxamızı ora-bura dayayırıq” deyənlər bu ifadələrin cavabını verməlidir”, – deyə Ərdoğan diqqətə çatdırıb.

Həmçinin oxuyun

Rövnəq Abdullayev:“Son 10 ildə SOCAR-ın dövriyyəsi 26 dəfədən çox artıb”

Son 10 ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dövriyyəsi 26 dəfədən çox artıb və gəlirlərin böyük hissəsi …

Bir cavab yazın