Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan Qərb mətbuatına qəzəbləndi: “Sən kimsən, ay tərbiyəsiz?”

Ərdoğan Qərb mətbuatına qəzəbləndi: “Sən kimsən, ay tərbiyəsiz?”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun haqqında tənqidi materiallar dərc edən Avropa qəzetlərinə cavab verib.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident həmin qəzetlərin onun şəxsini yox, əslində Türkiyəni hədəfə aldığını deyib.

“Yazırlar ki, Ərdoğan 7 iyunda qalib gəlsə, onun qarşısını almaq olmayacaq. Əslində isə Türkiyənin qarşısını almağın mümkün olmayacağını deyirlər.

Bir ingilis qəzeti də mənim haqqımda belə yazır: “Tamamilə qərbləşməmiş müsəlman ölkələrinə özünüidarə vermək olmaz”.

Sən kimsən, ay tərbiyəsiz? Türkiyə artıq vandalların üstün mövqedə olduğu ölkə deyil” – deyə Ərdoğan bildirib.

Dövlət başçısı məşhur “New York Times” qəzetini də tənqid atəşinə tutub: ““New York Times” adlanan qəzet 1896-cı ildə Sultan Əbdülhəmidə, sonra Adnan Menderesə, daha sonra Turqut Özala kin qusurdu. İndi də eyni şeyi mənə qarşı edir. Bu 4 nəfərin içində millətə xəyanət edən varmı?”

Qeyd edək ki, sabah Türkiyədə parlament seçkiləri keçiriləcək. Seçkiyə ölkənin bir çox siyasi partiyaları qatılsa da hazırda əsas rəqabət 4 partiya arasında gedir. Bunlar hazırda iqtidarda olan və Əhməd Davudoğlunun sədrlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP), Kamal Kılıçdaroğlunun sədrlik etdiyi ana müxalifət partiyası – Cümhuriyyət Xalq Partiyası (CHP), Dövlət Baxçalının rəhbəri olduğu Milliyyətçi Hərəkat Partiyası (MHP) və Səlahəddin Dəmirdaşın sədr olduğu Xalqıların Demokratiya Partiyasıdır (HDP).

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın