Ana səhifə / İdman / “Yuventus” koronavirusa yoluxan futbolçularına yeni müqavilə təklif edib

“Yuventus” koronavirusa yoluxan futbolçularına yeni müqavilə təklif edib

“Yuventus” koronavirus infeksiyasına yoluxan futbolçularına dəstək nümayiş etdirir.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi həmin oyunçularla yeni müqavilə bağlamaq qərarına gəlib.

Müdafiəçi Daniele Ruqani və yarımmüdafiəçi Blez Matuididən sonra hücumçu Paulo Dibalaya da yeni sözləşmə təklif olunub. “Qoca sinyora” Argentina millisinin üzvü ilə hazırkı sözləşməsini yeniləmək niyyətindədir və onun meneceri ilə danışıqlara start verilib.

Qeyd edək ki, Paulo Dibalanın “Yuventus”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …