Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / UEFA Avropa Liqasından “Qarabağ”ın uğurları ilə bağlı paylaşım

UEFA Avropa Liqasından “Qarabağ”ın uğurları ilə bağlı paylaşım

UEFA Avropa Liqası “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın “Qarabağ” futbol klubu ilə bağlı paylaşım edib.

Paylaşımda “Qarabağ”ın öz meydanında keçirdiyi son 26 oyunda qələbələri vurğulanıb.

“Qarabağ” öz meydanında keçirdiyi UEFA-nın son 26 oyununun yalnız ikisində məğlub olub”, – UEFA Avropa Liqasının paylaşımında qeyd edilir.

Qeyd edək ki, “Qarabağ” fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Braqa”nı qəbul edəcək.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …