Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Teymur Rəcəbov da onlayn turnirdə iştirak edəcək (FOTO)

Teymur Rəcəbov da onlayn turnirdə iştirak edəcək (FOTO)

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi onlayn turnirdən kənarda qalan Azərbaycan şahmatçısı Teymur Rəcəbov başqa bir analoji yarışa qatılacaq.
Belə ki, 33 yaşlı qrossmeyster ispaniyalı Pepe Kuensanın dəvətini qəbul edib. 8 şahmatçının iştirak edəcəyi yarış bu gün start götürəcək. Olimpiya sistemi ilə keçiriləcək turnir 1/4 final mərhələsindən başlayacaq. 

Rəcəbovun ilk sınağı Bakı vaxtı ilə saat 19:00-da İspaniya şahmatının parlayan ulduzu David Antona qarşı olacaq.
Qeyd edək ki, şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik görüşə çıxacaqlar. Oyunçular qarşılaşma zamanı danışa bilməzlər. 

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …