Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Teymur Rəcəbov 8-ci dəfə heç-heçə etdi

Teymur Rəcəbov 8-ci dəfə heç-heçə etdi

İspaniyanın paytaxtı Madriddə keçirilən şahmat üzrə İddiaçılar Turnirində XI tura yekun vurulub.

Azərbaycan təmsilçisi Teymur Rəcəbov ağ fiqurlarla Yan-Kşiştof Duda ilə üz-üzə gəlib. Görüş 33-cü gedişdə “sülh”lə yekunlaşıb – 0,5:0,5.

Bununla da 8-ci heç-heçəsini edən Rəcəbov turnirin qalibi olma şanslarını faktiki itirib.

Qalan oyunların nəticələri:

Fabiano Karuana (ABŞ) – Dinq Liren (Çin) – 0:1

Alireza Firuzca (Fransa) – Yan Nepomnyaşi – 0:1

Hikaru Nakamura (ABŞ) – Rixard Rapport (Macarıstan) – 0,5:0,5

11 turdan sonra 5 xala malik Rəcəbov 5-ci yerdə gedir. O, hərəyə 4,5 xal toplamış Duda və Rapportu, eləcə də 4 xalı olan Firuzcanı üstələyir. Turnir cədvəlinə 8 xalla Nepomnyaşi başçılıq edir. Liren 6,5 xalla 2-ci, Nakamura 6 xalla 3-cü, Karuana 5,5 xalla 4-cü yerdə qərarlaşıb.

Bu gün Rəcəbov XII turda qara fiqurlarla Lirenə rəqib olacaq. Eyni zamanda Rapport – Karuana, Duda – Firuzca və Nepomnyaşi – Nakamura görüşləri keçiriləcək.Report

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …