Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Super Liqa tarixində ilk – Qadın prezident seçildi

Super Liqa tarixində ilk – Qadın prezident seçildi

Türkiyənin “Kayserispor” klubuna yeni prezident seçilib.

Belə ki, Super Liqa təmsilçisinin sabiq prezidenti Həmdi Əlcuman noyabrın 30-da keçirilməsi nəzərdə tutulan seçkilər öncəsi vəzifəsindən istefa verib.

Klubun idarə heyətinin qərarı ilə H.Əlcumanın yerinə qadın namizəd Berna Gözbaşı gəlib. 

Daha öncə, “Kayserispor”da müxtəlif vəzifələrdə çalışan Gözbaşı ilk qadın klub prezidenti kimi Super Liqa tarixinə düşməyi bacarıb.

Qeyd edək ki, “Kayserispor” 11 turdan sonra 7 xalla sonuncu – 18-ci pillədədir.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …