Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Əlilliyi olan şəxslər özünüməşğulluq proqramına cəlb edilir

Əlilliyi olan şəxslər özünüməşğulluq proqramına cəlb edilir

Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, cari ilin ötən dövründə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2150 nəfər əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını qurmaq üçün potensialları nəzərə alınmaqla həmin proqrama cəlb edilib. Həmin şəxslər üçün kiçik biznesin qurulmasına dair zəruri bilik və bacarıqlara yiyələnmələri üçün təlim kursları təşkil edilib. Onlardan artıq böyük hissəsi kursları bitirərək və biznes-planlarını müdafiə edərək mal və materiallar formasında aktivlərlə təmin olunublar.

Əlilliyi olan şəxslərin proqrama cəlb olunması işləri hazırda davam etdirilir.

Eyni zamanda, bu il daha 500 nəfər əlilliyi olan şəxsin isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində özlərinə dayanıqlı biznes qurmaları üçün işlər aparılır.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …