Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Son 50 ildə keçirilmiş bütün Olimpiya Oyunlarını izləyən azarkeş vəfat edib

Son 50 ildə keçirilmiş bütün Olimpiya Oyunlarını izləyən azarkeş vəfat edib

1964-cü ildən etibarən keçirilən bütün Yay Olimpiya Oyunlarını izləyən yaponiyalı azarkeş vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 19-da “Mainichi Shimbun” qəzeti məlumat yayıb.

Bildirilir ki, polad burazlar istehsal edən şirkətin 92 yaşlı rəhbəri Naotoşi Yamada son 14 Olimpiadanın hamısında tamaşaçı kimi iştirak edib. Onun hətta Əfqanıstan hadisələrinə görə Yaponiyanın boykot etdiyi 1980-ci ildə keçirilmiş Moskva Olimpiadasını da izlədiyi bildirilir. Olimpiya hərəkatına bağlılığına və milli komandaya sadiqliyinə görə N.Yamada “Olimpiya əmisi” adını alıb və dünyada ən məşhur azarkeşə çevrilib. 1964-cü il Olimpiya Oyunları zamanı N.Yamadanın əynindəki Yaponiya yığmasına məxsus gödəkcə, əlində qızılı rəngli silindr onun vizit kartına çevrilib. Onun izlədiyi bütün oyunlarda N.Yamada yarışları məhz həmin geyimdə olub.

Qəzet təəssüf hissi ilə bildirir ki, N.Yamada əsas arzusuna – “2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına baxmağa” nail ola bilməyib. “Olimpiya əmisi”nin dəfn mərasimi ailə üzvlərinin iştirakı ilə keçirilib. Məşhur azarkeşlə vida mərasiminin aprelin 16-da Tokioda baş tutacağı bildirilir.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …