Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Şahmat üzrə dünya çempionun kimliyi bilindi

Şahmat üzrə dünya çempionun kimliyi bilindi

Çin idmançısı şahmat üzrə 17-ci dünya çempionu olub.
Çinli qrossmeyster Din Lijen şahmat üzrə dünya çempionu adı uğrunda tay-breyk görüşünün Astanada keçirilən dördüncü oyununda rusiyalı Yan Nepomnyaşini qara fiqurlarla məğlub edib.
Klassik vaxta nəzarətlə keçirilən 14 oyundan sonra hesab bərabərləşib – 7:7. Belə olduqda sürətli şahmat üzrə əlavə dörd oyunu təyin edilib. İlk üç oyun heç-heçə yekunlaşıb.
Nəhayət sonuncu partiya çinlinin xeyrinə başa çatıb. Rusiyalı 68-ci gedişdə məğlubiyyətini etiraf edib.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …