Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Şahin Diniyev məhkəməyə çağırıldı

Şahin Diniyev məhkəməyə çağırıldı

Azərbaycanın futbol üzrə milli yiğmasının keçmiş baş məşqçisi Diniyev Şahin Xudakərim oğlunun məhkəməsi başlayır. 

Sabah Sabunçu rayon Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə cinayət məcəlləsinin 177.2.4-cü (oğurluq) maddəsi ilə təqsirləndirilən Həsənov Xaliq Nofəl oğlunun məhkəməsi olacaq. Cinayət işində zərərçəkmiş qismində futbol mütəxəssisi Şahin Diniyev tanınıb. 

Xatırladaq ki, oğurluq hadisəsi ötən ilin sonlarında Bakıxanov qəsəbəsində Şahin Diniyevə məxsus mənzildə baş verib. O zaman Ş.Diniyev mətbuata açıqlama verərək bildirmişdi ki, uzun müddət orada yaşamayıb. Kirayə verdiyi mənzildə köhnə əşyalar olub. Bunu da kirayə verdiyi şəxslər elan saytına yerləşdirərək satıb. 

“Yenisabah”a açıqlama verən Şahin Diniyev sabah məhkəmə prosesinin başlayacağını təsdiqləyib: “İstintaq bitib, sabah məhkəmə başlayır. Ancaq Nofəl Həsənov mənə vurduğu ziyanı ödəməyib, şikayətçiyəm”.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …