Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Rusiya və Belarus yığmasının DÇ-də bu komandalar əvəzləyəcək

Rusiya və Belarus yığmasının DÇ-də bu komandalar əvəzləyəcək

Bu il Finlandiyada keçiriləcək hokkey üzrə dünya çempionatında Rusiya ilə Belarusu əvəzləyəcək komandalar müəyyənləşib.
Bu Fransa və Avstriyadır. Bu haqda Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) rəsmi saytı məlumat yayıb. Məlumata görə, Fransa A qrupunda yer alacaqsa, Avstriya B qrupunda mübarizə aparacaq.

Fevralın 28-də IIHF Şurası Rusiyanın böyüklər, gənclər və yeniyetmələrdən ibarət yığmalarını dünya çempionatlarından uzaqlaşdırılıb. Bununla yanaşı 2023-cü ildə baş tutacaq gənclər arasında dünya çempionatı da Rusiyadan alınıb. Qərarlar Ukraynadakı situasiyanın həll olunacağı təqdirdə ləğv oluna bilər.
Finlandiyadakı dünya çempionatı 13 – 29 mayda Helsinki və Tampere şəhərlərində təşkil olunacaq. 

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …