Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “”Real”, “Barselona”, “Yuventus” rəhbərliyi futbolu öldürməyə çalışırdı” – UEFA prezidenti

“”Real”, “Barselona”, “Yuventus” rəhbərliyi futbolu öldürməyə çalışırdı” – UEFA prezidenti

UEFA prezidenti Aleksander Çeferin Super Liqa yaratmaq cəhdlərinə görə İspaniyanın “Real Madrid”, “Barselona” və İtaliyanın “Yuventus” klublarının rəhbərliyini tənqid edib. 

Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.

“Onların yeni turnir yaratmaq, eyni zamanda bu mövsümdə Çempionlar Liqasında oynamaq istəmələri çox məzəlidir. Hər üç klubda rəhbərlik səriştəsizdir. Bu oğlanlar futbolu öldürməyə çalışırdılar”, – Çeferin deyib.

Qeyd edək ki, aprelin 19-da İngiltərənin “Mançester Yunayted”, “Liverpul”, “Mançester Siti”, “Arsenal”, “Çelsi”, “Tottenhem”, İspaniyanın “Barselona”, “Real Madrid”, “Atletiko”, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları Super Liqanın yaradıldığını elan ediblər. Lakin klubların əksəriyyəti sonrakı bir neçə gün ərzində yarışdan çıxdıqlarını bildiriblər.

Yalnız “Barselona”, “Real Madrid” və “Yuventus” Super Liqada qalıb. Mayın 26-dəa UEFA bu klublara intizam tədbirlərini elan edib. KİV-in məlumatına görə, yarışda qalan komandalar Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …