Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Banklar azad olunmuş regionlara kredit verməkdə maraqlı olmayacaq… – Ekspert

Banklar azad olunmuş regionlara kredit verməkdə maraqlı olmayacaq… – Ekspert

“Digər bölgələrə az da olsa marağın olmasına rəğmən, işğaldan azad olunmuş ərazilərimizə banklar tərəfindən kommersiya kreditlərinin verilməsinə maraq, ümumiyyətlə, yaranmaya bilər”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli regionlara kredit verməkdə maraqlı olmayan bankların işğaldan azad olunmuş bölgələrə münasibətdə də anoloji münasibəti sərgiləyib-sərgiləməyəcəyi məsələsinə toxunarkən deyib. 

Onun fikrincə, digərlərilə müqayisədə, işğaldan azad olunmuş bölgələrdə banklar üçün kredit riskləri daha yüksəkdir:

“Hazırkı yanaşma ilə buna nail ola bilməyəcəklər. Əksinə, işğaldan azad olunmuş bölgələrdə kredit riskləri daha böyük olacaq. Çünki əhalinin ora köçməsi zaman alacaq. Həmin bölgədə fəaliyyət göstərəcək iş adamlarının ilkin mərhələdə gəlirlərinin olmaması da mümkündür”. 

Ekspertə görə, mövcud durumda bu məsələnin həlli dövlətin müdaxiləsi olmadan mümkün olmayacaq: 

“Dövlət kommersiya banklarını hansısa formada maraqlandırmalıdır ki, onlar da bərpa prosesinə töhfə versin. Həmin bölgədə iri, orta və kiçik sahibkarlara biznes kreditləri verən banklara münasibətdə müəyyən vergi güzəştləri tətbiq olunmalıdır. Yaxud da Mərkəzi Bank uçot dərəcəsinə uyğun kredit xətləri aça bilər. Amma bir şərtlə ki, həmin vəsait ancaq regionlara xərclənəcək. Bu kimi tənzimləmələr olmasa, banklar digər bölgələrimiz kimi, işğaldan azad olunmuş regionlara da kredit verməkdə maraqlı olmayacaq”. 

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …