Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Ramil Şeydayevlə müqavilə ləğv edildi

Ramil Şeydayevlə müqavilə ləğv edildi

Türkiyənin “Trabzonspor” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.

Qara dəniz təmsilçisi 22 yaşlı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.

Məlumatda bildirilib ki, “Trabzonspor” Ramil Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə 370 min avro ödəyib. Onun Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi mövcud idi.

Qeyd edək ki, Ramil Şeydayev 2016-2017 mövsümündə 170 min avro müqabilində Rusiyanın “Zenit” komandasından “Trabzonspor”a keçib. O, 2017-2018 mövsümünü icarə əsasında “Qarabağ”da keçirib. (AzVision.az)

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …