Cümə , Aprel 19 2019
Ana səhifə / İdman / Qurban Qurbanov istefa verdi

Qurban Qurbanov istefa verdi

Qurban Qurbanov milli komandadan istefa verib.
Bu barədə mütəxəssis özü AFFA İcraiyyə Komitəsinin iclasından sonra açıqlma verib. İcraiyyə Komitəsi Qurbanovun istefasını qəbul edib.
“Mənim məsələm həll olundu. Milli ilə yollarımız ayrıldı. Klub və millidə çalışmağımın səhv olduğu bildirildi. Çalışdım ki, vicdanla işimi görüm. Məşqçi işi elədir ki, hər zaman çamadanın yanında olmalıdır.
Altı illik müqavilə bağlasaq da, əməkdaşlıq qısa çəkdi. Mən millini “Qarabağ”dan ayırmadım. Hər şey qarşılıqlı oldu. Nə göndərildim, nə istefa verdim. Bura gələrkən belə olacağını təxmin etmişdim. Düşünmürəm ki, federasiya yeni baş məşqçi seçimində səhvə yol versin. Ümumiyyətlə, heç vaxt AFFA-nı səhv qərarda suçlamamışam”, – deyə Qurbanov bildirib.

Həmçinin oxuyun

Çunayevin dağıstanlı xanımla möhtəşəm rəqsi – Video

Azərbaycanlı güləşçi Rəsul Çunayev yenidən rəqsi ilə gündəmə gəlib. Teleqraf.com xəbər verir ki, tanınmış yunan-Roma güləşçimiz …