Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / “Qarabağ”ın qapıçısı bu hərəkətinə, “Neftçi” azarkeşlərinə görə cəzalandı

“Qarabağ”ın qapıçısı bu hərəkətinə, “Neftçi” azarkeşlərinə görə cəzalandı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Azərbaycan Premyer Liqasının 24-cü turuna həsr olunmuş iclasda “Qarabağ” – “Neftçi” matçında baş verənlərlə bağlı aşağıdakı qərarlar çıxarılıb. “Turan Tovuz” – “Zirə” oyununda “Zirə” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).
“Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).
“Şamaxı” – “Sabah” oyunundan sonra “Sabah” klubunun rəsmi şəxsləri və oyunun 1-ci koməkçi hakimi arasında mübahisə yaşandığına görə klub 3200 manat cərimə edilsin.
“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri kütləvi təhqiramiz ifadələr işlətdiyinə görə “Qarabağ” klubu 4000 manat cərimə edilsin. (maddə 41.7).
“Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyinə görə “Neftçi” klubu 800 manat cərimə edilsin. (maddə 51.2).
“Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyaların atılmasına görə “Neftçı” klubu 1600 manat cərimə edilsin. (maddə 51.1).
“Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi təhqiramiz ifadələrin işlənməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilsin. (maddə 41.7).
“Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşlərinin oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödənilsin.
“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun qapıçısı Luka Quqeşaşvili tərəfindən azarkeşlərə tərəf kənar əşya atıldığına görə oyunçu 3 oyun cəzalandırılsın, klub 2400 manat cərimə edilsin (maddə 37.4). Oyun cəzası şərti olaraq tətbiq edilsin. Şərti cəzaya görə sınaq müddəti 3 (üç) ay müəyyən olunur.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …