Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / “Qarabağ”ın potensial rəqibi müəyyənləşəcək

“Qarabağ”ın potensial rəqibi müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. 
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. 

Çempionlar Liqasındakı yeganə təmsilçimiz “Qarabağ”ın da 3-cü raunddakı potensial rəqibi məlum olacaq. II təsnifat mərhələsində İrlandiya “Dundalk”ı ilə qarşılaşacaq klubumuz püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, “Qarabağ” hazırkı rəqibini keçərsə, 3-cü raundda nisbətən reytinqi yüksək olan, səpələnmişlər səbətindəki komandalardan biri ilə düşəcək. 

Çempionlar Liqası, III təsnifat mərhələsi 

Çempionlar yolu 

Səpələnmişlər 

“Ayaks” (Hollandiya) 

“Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi 

“Kopenhagen” (Danimarka) – TNS (Uels) cütünün qalibi 

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Saburtalo” (Gürcüstan) cütünün qalibi 

BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün qalibi 

APOEL (Nikosiya, Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi 

Səpələnməmişlər 
PAOK (Yunanıstan) 

“Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi 

“Maribor” (Sloveniya) – AIK (İsveç) cütünün qalibi 

“Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi 

“Makkabi” (Tel-Əviv, İsrail) – “CFR Kluj” (Rumıniya) cütünün qalibi 

“Ferensvaroş” (Macarıstan) – “Valetta” (Malta) cütünün qalibi 

Liqa yolu 

Səpələnmişlər 

“Portu” (Portuqaliya) 

“Dinamo” (Kyev, Ukrayna) 

“Bazel” (İsveçrə) – PSV (Hollandiya) cütünün qalibi 

“Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Plzen Çexiya) 

Səpələnməmişlər 

“Brügge” (Belçika) 

“Krasnodar” (Rusiya) 

“Başakşəhər” (Türkiyə) 

LASK (Avstriya) 

Azvision.az 

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …