Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Qarabağ”ı Avroliqada gözləyən mükafat

“Qarabağ”ı Avroliqada gözləyən mükafat

Avropa Liqasının qrupunda yarışacaq “Qarabağ” uğurlu çıxış edəcəyi halda öz büdcəsini də artıra bilər.

Məlum olduğu kimi, Ağdam klubu G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant”la (Fransa) mübarizə aparacaq. Qrupun matçları aşağıda qeyd edilən bu tarixlərdə keçiriləcək:

1-ci tur: 8 sentyabr

2-ci tur: 15 sentyabr

3-cü tur: 6 oktyabr

4-cü tur: 13 oktyabr

5-ci tur: 27 oktyabr

6-cı tur: 3 noyabr

Qol.az xəbər verir ki, bu ilin iyulunda UEFA avrokubokların mükafat fondunu təsdiq edib. Buna əsasən, Avropa Liqasının qruplarında oynayacaq 32 klubun hər birinə 3 milyon 630 min avro mükafat veriləcək. Qrupdakı hər qələbəyə görə 630 min, heç-heçəyə görə isə 210 min avro mükafat nəzərdə tutulub. Bundan başqa, aşağıda qeyd edilən hallarda da klublar büdcələrini artıra bilərlər:

– Qrupun qalibi olduğuna görə – 1 milyon 100 min avro

– Qrupun ikincisi olduğuna görə – 550 min avro

– Pley-offdan 1/8 finala çıxdığına görə – 1,2 milyon avro

– 1/4 finala çıxdığına görə – 1,8 milyon avro

– 1/2 finala çıxdığına görə – 2,8 milyon avro

– Finala çıxdığına görə – 4,6 milyon avro

– Liqanın qalibi olduğuna görə – 4 milyon avro

Beləliklə, “Qarabağ” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində oynadığına görə 5 milyon avro, Avropa Liqasının qrupuna vəsiqə qazandığı üçün isə 3 milyon 630 min avro mükafatı təmin edib.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …