Bazar ertəsi , May 6 2024
Ana səhifə / İdman / “Qarabağ”dan gözlənilməz məğlubiyyət

“Qarabağ”dan gözlənilməz məğlubiyyət

Azərbaycan Premyer Liqasının IX turunun son qarşılaşmasında “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edib.

Qəbələ Şəhər Stadionunda baş hakim Ömər Paşayevin idarə etdiyi matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 8-ci dəqiqədə “Qəbələ”nin oyunçusu Asif Məmmədov vurub.

Hazırda “Qarabağ” və “Qəbələ” komandalarının hər birinin 19 xallı var. Turnir cədvəlinə “Qarabağ” liderlik edir. “Qəbələ” isə ikinci pillədədir.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …