Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / “Qarabağ” Mahmud Qurbanovun komandasına qarşı

“Qarabağ” Mahmud Qurbanovun komandasına qarşı

Bu gün Azərbaycan Premyer Liqasında ilk turun növbəti oyunu keçiriləcək.
Son çempion “Qarabağ” “Azersun Arena”da “Səbail”i qəbul edəcək. FIFA referisi Rauf Cabbarovun idarə edəcəyi qarşılaşma saat 20:00-da başlayacaq. 
“Səbail” isə yeni baş məşqçisi Mahmud Qurbanovun rəhbərliyi altında ilk rəsmi matçına çıxacaq.
Komandalar indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəliblər. Bunların 15-də ağdamlılar, ikisində paytaxt təmsilçi qələbə qazanıb. 2 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də “Qarabağ”ın aşkar üstünlüyü var – 38:7.
Qurban Qurbanovun komandası son 6 ev oyununda qələbə qazanıb. Son 4 oyunda üç və ya daha çox qol vurulub.

Azərbaycan Premyer Liqası

I tur
6 avqust

20:00. “Qarabağ” – “Səbail”Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllıVAR hakimləri: Fərid Hacıyev, Cəmil QuliyevHakim-inspektor: Babək Quliyev“Azersun Arena”.
Mövsümün açılış oyununda “Zirə” “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək “Şamaxı” – “Neftçi”, “Sabah” – “Sumqayıt” və avqustun 8-də oynanılacaq “Turan Tovuz” – “Qəbələ” görüşləri ilə yekun vurulacaq. Qaynarinfo

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …